Bu gün Naxçıvan Muxtar Respublikasının hər yerində olduğu kimi, Sədərək kənd 1 nömrəli tam orta məktəbdə də Bilik Günü qeyd edilib, yeni tədris ilinin ilk zəngi çalınıb.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən BUTA.TV-a bildirilib ki, məktəb kollektivi yeni tədris ilinə digər məktəblilərdən fərqli başlayıblar. Belə ki, müəllim və şagirdlər məktəbə uzaq məsafələrdən avtomobillə yox, velosipedlərlə gəliblər.
Sağlam həyat tərzini hər şeydən üstün tutan kollektiv bu nümunəvi hərəkətləri ilə təbiətin dostu olmağın mesajını verməklə yanaşı “Yaşıl Dünya Naminə Həmrəylik İli”nə də özünəmxsus töhfələrini veriblər.
Qeyd edək ki, bu ənənə Dəmirçi kəndində də davam etdirilib və hər iki kənddəki məktəbin həyətində velosiped dayanacaqları quraşdırılıb.
- Hamıdan axırda o gəldi - Video
- DÇ-də 1/4 final cütləri bəlli oldu - Nəhənglərin qarşılaşmaları başlayır
- İsveçrə 72 il sonra 1/4 finalda - Yenilənib
- Bu gün Bakının dörd rayonunda qaz olmayacaq
- Makron əlini öpmək istədi - Əminə Ərdoğan geri çəkildi+Video
- Bəzi ərazilərdə işıq olmayacaq
- Ən yaxşı məktəblər açıqlandı
- Biri sevincdən, digəri kədərdən... - Fotolar