Rusiya ordusunun quru qoşunları üçün Ukrayna şəhər və kəndlərinə yol açmalı olan yerüstü zirehli texnikanın itkiləri 10 mini ötüb. Bu itki tempində təxminən bir ildən sonra Rusiya ordunu lazımi miqdarda texnika ilə təmin etmək imkanını itirə bilər.
BUTA.TV xəbər verir ki, bu barədə “Oryx” saytının icmalında deyilir.
Bildirilib ki, müharibə başlayandan bəri Rusiya bütün növ 10 037 zirehli texnikasını itirib.
Onların arasında 3376 tank, o cümlədən 159 müxtəlif modifikasiyalı ən müasir T-90 tankı, 5000-dən çox piyada və desant döyüş maşını, həmçinin zirehli personal daşıyıcısı və 1500-dən çox digər növ zirehli texnika - o cümlədən nəqliyyat, kəşfiyyat, minalardan təmizləmə və s. - var.
- Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?
- Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi
- Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
- Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib
- Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!
- Vardanyan barədə sənədli film hazırlandı - Video
- Erməni lobbisi indi yeni tezis irəli sürür - Yalçın