“Brent” markalı neftin bir barreli 71,64 dollara, yüngül neftin bir barreli isə 68,80 dollara satılır. Artıq bir neçə müddətdir ki, neftin qiyməti enməkdədir.
Məsələ ilə bağlı BUTA.TV-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, neftin qiymətinin ucuzlaşmasının səbəbi kimi bir neçə faktor var.
“Dünyanın əsas aparıcı ölkələrində iqtisadi artım tempinin aşağı düşməsi neftin ucuzlaşmasının əsas faktorudur. Digər tərəfdən, ABŞ-da, Avropa Birliyində və Çində neft istehlakını azaldıblar. ABŞ-da istehlak azalsa da, istehsal xeyli artıb. Orada neft hasilatı gündəlik 13.4-13.5 milyon barrelə qalxıb ki, bu, tarixi rekorddur. Bunun da təsirləri var.
Qiymətlərin yüksəlməsində Yaxın Şərqdəki geosiyasi gərginliyin də rolu az deyil. İndi gərginlik, demək olar, azalıb, böyük müharibə olmadı. Gözlənti var idi ki, İran, İsrail və digər ölkələrin iştirakı ilə ciddi müharibə baş verə bilər. Bu risk aradan qalxdığı üçün neft ucuzlaşdı”, - iqtisadçı bildirib.
O, neftin hazırkı qiymətinin Azərbaycan dövlət büdcəsi üçün risk faktoru daşımadığını açıqlayıb:
“Azərbaycan büdcəsində neftin qiyməti 60 dollardan götürülür. Hazırda ölkəmiz üçün heç bir risk yoxdur. Amma problem odur ki, Azərbaycanın neft gəlirləri azalır. Yəni qiymət endikcə, gəlir azalır. Nəzərə alsaq ki, Azərbaycanda hasilat getdikcə aşağı düşür, bu, gələcəkdə problemlərə yol aça bilər. Neftin qiyməti ucuzlaşmaqda davam etsə, gələn il ölkəmizdə hasilatda da artım olmasa, 2025-ci ildə büdcənin formalaşması, neft fondunun gəlirlərinin artması problemə çevrilə bilər”.
- 70 kq qızılla saxlanılan azərbaycanlı ilə bağlı yeni fakt
- Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti
- Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video
- Duda İrəvanda Azərbaycandan danışdı
- Samirə Ermənistana buraxılmadı, Paşinyana mesaj verdi - Foto
- Kəşfiyyatçılar Moskvada bir araya gəldi
- "Azpulmat” və “Manato”dan istifadə edənlərə mühüm xəbər
- Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov