Bir neçə gün əvvəl Ermənistanın ikinci prezidenti Robert Köçəryanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
BUTA.TV xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Bildirilir ki, Rusiya rəhbəri Ermənistanın keçmiş prezidentini 70 illik yubileyi münasibətilə təbrik edib. Telefon danışığının detalları barədə məlumat verilmir.
Bəzi nəşrlər telefon zənginin indiki mərhələdə xüsusi əhəmiyyət daşıdığını qeyd edir:
“Hər halda, telefon danışığı faktının özü indiki vəziyyətdə nəzəri xüsusilə cəlb edir. Görünən odur ki, Rusiya Ermənistana diqqətini artırır. Bir tərəfdən hökumətlə təmasların bərpa etməyə başlayıblar, bunu Rusiya baş nazirinin müavini, xarici işlər nazirinin müavini və müxtəlif rəsmi şəxslərin səfərləri sübut edir, digər tərəfdən isə etibarında əmin olduğu tərəfdaşlarla əlaqələri bərpa edirlər”.
Qeyd edək ki, Robert Köçəryanın 70 yaşı 31 avqustda tamam olub.
- Azərbaycan-Türkiyə əməkdaşlığı müzakirə edildi
- BMT-nin bu qurumunun Azərbaycandakı fəaliyyəti başa çatdı
- Zakir Həsənov Afyoncu ilə görüşdü - Video
- Rusiyadan Azər Badamovla bağlı açıqlama: Buna görə buraxılmadı!
- Ballıqayadakı qətliamla bağlı protokollar elan edildi
- MM spikeri Birləşmiş Ərəb Əmirliklərinə səfər etdi - Foto
- Ekoloji fəlakətlə bağlı Ermənistana müraciət edildi
- Mehriban Əliyeva Mərakeş şahzadəsi ilə görüşdü