Türkiyənin Diyarbəkir bölgəsində keçirilən Gürz-14 əməliyyatı çərçivəsində qırmızı kateqoriyada axtarışda olan “Hebun Piro Amed” kod adlı Zırav Taş, eyni zamanda boz kateqoriyada axtarılan “Botan” kod adlı Fəhmi Başkurd zərərsizləşdirilib.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerliqaya X hesabında məlumat yayıb.
Əməliyyat çərçivəsində bir mühafizəçi yaralanıb.
Adıçəkilən terrorçuların 3 təhlükəsizlik əməkdaşı, 5 mülki vətəndaşın şəhid olduğu, 4 təhlükəsizlik əməkdaşının isə yaralandığı ümumilikdə 6 təxribatda əli olduğu bildirilib.
- Hamıdan axırda o gəldi - Video
- DÇ-də 1/4 final cütləri bəlli oldu - Nəhənglərin qarşılaşmaları başlayır
- İsveçrə 72 il sonra 1/4 finalda - Yenilənib
- Bu gün Bakının dörd rayonunda qaz olmayacaq
- Makron əlini öpmək istədi - Əminə Ərdoğan geri çəkildi+Video
- Bəzi ərazilərdə işıq olmayacaq
- Ən yaxşı məktəblər açıqlandı
- Biri sevincdən, digəri kədərdən... - Fotolar