Azərbaycan hökuməti 2025-ci ildə ölkədə illik inflyasiyanın 4,6% təşkil edəcəyini proqnozlaşdırır.
BUTA.TV bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Proqnoz İqtisadiyyat Nazirliyinin beynəlxalq təşkilatların əmtəə qiymətləri ilə bağlı proqnozları, manatın məzənnəsinin sabitliyini, eləcə də antiinflyasiya tədbirləri əsas götürərək hazırlanıb.
İqtisadiyyat Nazirliyi 2024-cü ildə ölkədə illik inflyasiyanın 2,7 % olacağını gözləyir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,3%, avqust ayında ötən ilin eyni ayına nisbətən 3,5%, bu ilin iyul ayına nisbətən 0,4% artıb.
- Generalların saxlanıldığı həbsxanaya yeni - Rəis təyin edildi
- Azərbaycandan İrana hücum? - Pezeşkian rədd etdi
- Rus milyarderlər Türkiyəyə “qaçır” – Səbəb
- Əliyev Şuşa forumunda Tramp haqda nə demişdi?
- “Qarabağ” dovğasının üzərinə seperatçıların xəritəsi yerləşdirilib? – FOTOLAR
- Nazir dostuna yüksək vəzifə verdi
- Kreml cini buraxdı: Bakının bombalanmasından danışan Z-lər...
- “Tüpürüm Putinin fərmanına! ” - Ayaz Salayev