Rus ordusunun Donetsk vilayətində cəbhə xəttindən 15 km aralıda yerləşən poliqonu HİMARS reaktiv yaylım atəş sistemləri ilə vurulub.
BUTA.TV xəbər verir ki, bu barədə “Forbes”in analitiki Devid Eks məlumat yayıb.
Raket zərbəsi rusların təlim üçün toplandıqları vaxt endirilib. M30/31 raketləri ilə endirilən zərbələr nəticəsində onlarla hərbi qulluqçu, zirehli texnika məhv edilib.
Analitik bunun bu rayonda ilk olmadığını bildirib:
“Donetsk vilayətində çoxlu sayda rus qoşununun və çoxlu tənbəl rus komandirinin cəmləşdiyi ərazi var. Fevral ayından bu yana Ukraynaya məxsus HİMARS raketləri Rusiyanın ərazidəki təlim məntəqələrini ən azı üç dəfə vurub və nəticədə 100-ə yaxın əsgər ölüb. Yaxın vaxtlarda isə daha iki dəfə zərbə endirilib və nəticədə azı 150 nəfər ölüb”.
Eks qeyd edib ki, Ukrayna ordusu rus hərbçilərin toplanışlarını PUA-lar vasitəsilə izləyir və HİMARS sistemləri üçün nəzərdə tutulmuş M30/31 raketləri ilə zərbələr endirir.
- Qərb liderlik etsəydi, Çin iqlim yardımını artıracaqdı - Nazir
- 70 kq qızılla saxlanılan hərbi attaşe barədə qərar
- Qaz limitinin artırılması ilə bağlı təklif!
- Heç vaxt belə olmamışdı: iki nazirimiz gecə 4-də…
- Dünyanın ən ucaboy liderləri: Əliyev və Ərdoğanın yeri...
- Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi
- Bu nazirliyin tabeliyindəki qurumların sayı artırıldı - Qərar
- Adil Kərimli BMT forumu üçün Portuqaliyaya getdi