Azərbaycan Mərkəzi Bankı (AMB) K Group MMC-yə elektron pul təşkilatı, M.A.X Sistemləri Plyus və Cibpay MMC-lərə ödəniş təşkilatı, Azərikard MMC-yə isə elektron pul təşkilatı və ödəniş sistemi operatoru fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya verib.
BUTA.TV xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Məlumata görə, lisenziya "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna əsasən verilib.
"Ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam edir", - deyə AMB bəyan edib.
AMB bundan əvvəl “A-Solutions", "United Payment", "Modenis", "PashaPay", “Mobile Payment Solutions”, "Paysis” və "PulPal" MMC-lərə, "GoldenPay" ASC-yə və “Mpay” QSC-yə elektron pul təşkilatı, “Token Azərbaycan”, “Global Innovations”, “Drakaris” və “Multi Solutions” MMC-lərə isə ödəniş təşkilatı kimi fəaliyyət göstərmək hüququ verən müddətsiz lisenziyalar verib. Beləliklə, bu sahədə lisenziyası olan təşkilatların sayı 17-yə çatıb.
- Milli mətbuatın yaranmasından 150 il ötür
- Sergey Markov Azərbaycana görə Rusiyada təhdid olundu
- AZAL sərnişinlərini öldürən şəxsin - Fotosu
- Prezident "Teleqraf" Media Qrupun əməkdaşlarını təltif etdi
- Şimali Makedoniya prezidenti Mikayıl Cabbarovu qəbul etdi
- Yaqub Eyyubovun adından saxta açıqlama
- Azərbaycan XİN Banqladeşə başsağlığı verdi
- Rusiya Azərbaycandan bunu istəyir