“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun 14-1.1-ci maddəsinə əsasən bioloji aktiv qida məhsullarının (BAQM) reseptə yazılması qadağan olunub. Həmçinin, həmin Qanunun 14-1.3-cü maddəsinə əsasən, bioloji aktiv qida məhsullarının üzərində və istifadə təlimatlarında (içlik vərəqlərində) əmtəə nişanı adının yazıldığı hər yerdə əmtəə nişanı adının altında onunla eyni ölçüdə və şriftdə olan ağ fonda qara rəngli aydın, seçilən, qalın və böyük hərflərlə, silinməsi mümkün olmayan tərzdə çap olunmuşan “DƏRMAN VASİTƏSİ DEYİLDİR!” sözlərinin yazılması məcburi xarakter daşıyır.
BUTA.TV xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, yuxarıda bildirilən sahədə qanunvericiliyin tələblərinə riayət olunmasına və neqativ hallara səbəb ola biləcək amillərin aradan qaldırılması məqsədilə özəl tibb müəssisələrində resept yazmaq hüququna malik tibb işçiləri tərəfindən buraxılan reseptlərdə bioloji aktiv qida məhsullarının yazılmasının qarşısının alınması üçün Analitik Ekspertiza Mərkəzinin səlahiyyətləri çərçivəsində maarifləndirici, preventiv və qanunvericiliklə müəyyən olunmuş inzibati tədbirlərin görülməsi nəzərdə tutulur.
Nəzərinizə çatdırırıq ki, elektron resept sisteminə keçid ilə əlaqədar özəl tibb müəssisələrində və aptek təşkilatlarında plan üzrə və plandankənar yoxlamaların aparılması zamanı həmin müəssisələrdə resept yazmaq hüququna malik tibb işçiləri tərəfindən yazılan reseptlərdə bioloji aktiv qida məhsullarının yazılması, həmçinin belə reseptlər əsasında BAQM satışı hallarının aşkar edilməsi üçün nəzarət gücləndiriləcək.
- İran və Azərbaycan arasında aviareyslərin sayı artırılacaq
- Bakı və İrəvan doğru siyasət yürüdür - Papuaşvili
- Rusiya vurdu, səfirliyimizə ciddi ziyan dəydi - Video
- Bakı məlumat verdi, türk polisi əməliyyat keçirdi - Video
- Mehdiyevlə bağlı gündəmi silkələyəcək ssenari: Yaxın günlərdə…
- Gizlətmirəm, İlham Əliyevlə bunu müzakirə etdik - Paşinyan
- “İsgəndər” qəlpələri Azərbaycan səfirliyinin binasına düşdü
- Azərbaycan üçün bunu etməyə hazırıq! - Paşinyan