Amerikanın “Boinq” aviasiya korporasiyası davam edən genişmiqyaslı tətilə görə on minlərlə işçisini ödənişsiz məcburi məzuniyyətə göndərəcək.
BUTA.TV xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.
Məlumata görə, ötən həftə başlayan tətil təyyarə istehsalının sürətini kəskin şəkildə aşağı salıb:
“Bu baxımdan şirkət tətilin davam edəcəyi təqdirdə milyardlarla dollara çata biləcək itkiləri ödəmək üçün xərcləri azaltmaq məqsədilə tədbir görməyə məcburdur”.
Şirkətin baş direktoru Kelli Ortberq işçilərə müraciətində bildirib ki, “Boinq” çətin addım atmalıdır:
“Sakit okeanın şimal-qərbində bir çox əsas proqramlar üzrə istehsal dayandırıldığı üçün biznesimiz əhəmiyyətli problemlərlə üzləşir və nağd pulu saxlamaq və “Boinq”in uğurlarını geri qaytarmaqdan ötrü çətin addımlar atmalıyıq. Ödənişsiz məzuniyyətə göndərmə ABŞ-da çalışan çoxlu sayda rəhbər, menecer və işçilərə təsir edəcək”.
Bildirilir ki, bəzi şirkət işçilərinin, o cümlədən top menecmentin nümayəndələrinin maaşları kəsiləcək.
Qeyd edək ki, sentyabrın 13-də “Boinq” zavodlarında 33 min işçi şirkətin dörd il ərzində onların maaşlarını 25% artırmaq barədə təklifini rədd edərək, tətilə çıxıb. Çünki bu, həmkarlar ittifaqının üç il ərzində maaşların 40% artırılması ilə bağlı ilkin tələbini ödəmir.
- Qəhvə və çay sevənlərə xoş xəbər
- İtaliyada daşqın: mindən çox insan təxliyə olundu
- ABŞ Rusiya banklarına sanksiya tətbiq etdi
- Millimiz Olimpiadada İtaliya ilə bərabərliyə razılaşdı
- Livan vətəndaşlarına sirli mesajlar gəlir: Əməliyyat kodu...
- Hizbullah İsrailin 7 kazarmasına zərbə endirdi
- "Qarabağ"ın Avropa Liqasındakı rəqibi heç-heçə etdi
- Tehranda ballistik raket zavodunda partlayış baş verdi - Video