Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sabirabad şəhəri, Muğan prospektində yerləşən ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə BUTA.TV-a FHN-dən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Sabirabad Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri tərəfindən əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 600 kv.m. olan ikimərtəbəli ticarət mərkəzinin 2-ci mərtəbəsində tavan və dam örtüyünün yanar konstruksiyaları 150 kv.m. sahədə və geyim əşyaları satılan mağazasının içərisində mallar 20 kv.m. sahədə yanıb.
Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub. Xəsarət alan olmayıb.
- Qəhvə və çay sevənlərə xoş xəbər
- İtaliyada daşqın: mindən çox insan təxliyə olundu
- ABŞ Rusiya banklarına sanksiya tətbiq etdi
- Millimiz Olimpiadada İtaliya ilə bərabərliyə razılaşdı
- Livan vətəndaşlarına sirli mesajlar gəlir: Əməliyyat kodu...
- Hizbullah İsrailin 7 kazarmasına zərbə endirdi
- "Qarabağ"ın Avropa Liqasındakı rəqibi heç-heçə etdi
- Tehranda ballistik raket zavodunda partlayış baş verdi - Video