Almaniya müxalifətinin lideri Fridrix Merts gözlənilmədən Türkiyəyə səfərini təxirə salıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Middle East Eye” nəşri məlumat yayıb.
Bildirilib ki, Xristian Demokrat İttifaqının (CDU) lideri Merts gələn il keçiriləcək federal seçkilərdə kanslerliyə namizədliyi ilə bağlı partiyası daxilində danışıqları başa çatdırmalıdır və məhz bu səbəbdən səfər baş tutmayacaq.
Partiya sədrinin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və digər türkiyəli rəsmilərlə görüşü nəzərdə tutulurdu.
Qeyd edək ki, çərşənbə axşamı Merts rəqibi, Bavariyanın baş naziri və CDU-nun tərəfdaş partiyası Xristian Sosial Birliyinin (CSU) lideri Markus Soederi razı saldıqdan sonra növbəti kansler olmaq niyyətini rəsmən açıqlayıb.
- Biri sevincdən, digəri kədərdən... - Fotolar
- Maşınla bir neçə dəfə həmyerlisinin üzərindən keçdi - Qobustanda dəhşətli qətl
- Hüseyn Dəryanın məzarından görüntülər yayıldı - Video
- Həmişə rekord qırırdı, indi əksi oldu - Video
- Messi “davam” dedi... - Yenilənib+Video
- DTX Akademiyasında növbəti məzun buraxılışı oldu - Video
- Özbəkistan Azərbaycanla birgə donanma yaratmağı planlaşdırır
- Daha 30 ukraynalı uşaq ölkəmizə gətirildi