"Əsrin müqaviləsi" bizim birlikdə çalışaraq nələrə nail ola biləcəyimizin sübutudur.
BUTA.TV xəbər verir ki, bu, ABŞ Dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevi və Azərbaycan xalqını “Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu ildönümü münasibətilə təbrikində yer alıb.
“Azərbaycanı mühüm enerji təchizatçısına çevrilməyə kömək etmiş “Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu ildönümü münasibətilə Sizi və Azərbaycan xalqını təbrik etməkdən məmnunluq duyuram.
Azərbaycanın COP29-a ev sahibliyi edəcəyi bu ildə həmin tarixin qeyd edilməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın qlobal enerjiyə keçid ilə bağlı sadiqliyi ölkənizin enerji sektorunda etibarlı tərəfdaş kimi onilliklər ərzində sürən tarixinə əsaslanır.
Biz Azərbaycanın öndə gedən rolunu gücləndirə və regionu transformasiya edə biləcək bərpa olunan enerjidən istifadə və yaşıl enerjinin ixracı marşrutlarının inkişaf etdirilməsinə dair səylərinizi alqışlayırıq”, - Blinken qeyd edib.
- Qardaş ölkə İstanbulda sülh sazişi imzalayacaqmı?
- Türkiyə 125 ölkə ilə 350 müqavilə imzaladı - Azərbaycan da var
- Günay Ağamalıdan qurultaydakı qalmaqalla bağlı bəyanat
- Paşinyan Azərbaycanla sərhəddə
- Yevgeni Belousov Bakıdan Moskvaya uçdu
- Mehdiyevin Heydərovla bağlı şok əməli üzə çıxdı
- Bu, Zəfərin mühüm strateji mərhələsi idi
- Prezidentdən Qubadlı ilə bağlı paylaşım - Video