Futbol üzrə Türkiyə Superliqasında VI turun mərkəzi oyunu keçirilib.
BUTA.TV xəbər verir ki, prinsipial görüşdə “Fənərbaxça” doğma meydanda “Qalatasaray”ı qəbul edib. Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
"Cimbom"un heyətində qolları 21-ci dəqiqədə Lukas Torreira, 28-ci dəqiqə Dries Mertens, 59-cu dəqiqədə Qabriel Sara vurublar. "Sarı-lacivərdlər"də isə Edin Dzeko 63-cü dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib.
Bu nəticədən sonra “Qalatasaray” xalını 18-ə çatdıraraq turnir cədvəlində liderliyini möhkəmləndirib. “Fənərbaxça” isə 13 xalla ikinci pillədə qalıb.
- Ata və iki azyaşlı övladı su anbarında batdı
- Laçına dolu düşdü
- Yasamaldakı partlayışın kamera - Görüntüləri
- Masazırda maşın yandı - Video
- Bakıda maşın kanalizasiya kollektoruna düşdü - Video
- Hərbçilərə telefonla neqativ xəbər ötürməyin! - MN-dən çağırış
- Sabunçuda mənzildən kişi meyiti tapıldı
- Zaur Kamal qəza etdi