Xəbər verdiyimiz kimi, Yevlaxda 39 yaşlı kişinin üstündən avtomobillə qəsdən keçilərək öldürüldüyü deyilir.
“BUTA.TV”nun məlumatına görə, qətl hadisəsi rayonun Nizami parkı yaxınlığında baş verib. Rayon prokurluğuna 39 yaşlı Elvin İbrahimovun ölməsi barədə məlumat daxil olub. Araşdırma zamanı 43 yaşlı Zamin Cavadovun şəxsi münasibətlər zəminində Elvin İbrahimovu avtomobillə vurmasına, daha sonra isə həmin avtomobillə sonuncunun üzərindən keçməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Mərhumun yaxınları iddia edirlər ki, şübhəli şəxs əvvləcə Elvinin idarə etdiyi minik avtomobilini öz maşını ilə vurub, sonra isə özünün üzərindən keçib.
Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Zamin Cavadov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.
Ətraflı “Xəzər Xəbər”in videomaterialında:
- Rəqəmsal səyyahlara müjdə
- Zakir Həsənov onları təltif etdi
- “İdmançı meydana cəngi sədaları altında yox, mərsiyə ilə çıxır”
- Su ilə bağlı vacib suallara aydınlıq gətirildi
- Buna görə cərimələr müəyyənləşir
- Sabah intensiv yağış yağacaq
- Tiflisə qatarla getmək istəyənlərə şad xəbər
- Növbəti köç karvanı Xocavənd şəhərinə çatdı