Son günlər müzakirə edilən mövzulardan biri də işğaldan azad olunan ərazilərdə evlərin kirayə verilməsidir. Bu məsələ ictimaiyyətdə birmənalı qarşılanmır.
Hətta iddia olunur ki, həmin evlərin aylıq qiyməti 5 min manat civarındadır. Bu, nə dərəcədə doğrudur? Oradakı fərdi evlər kirayə verilə bilərmi?Mövzu ilə bağlı Globalinfo.az-a danışan VI çağırış Milli Məclis deputatı Aqil Abbas deyib ki, evlərin kirayə verilməsində pis bir iş yoxdur:
“Qarabağ turistik yerdir, evlərin qiyməti 100-150 manat aralığında dəyişir. Biz də ailəmlə birlikdə Laçında yerləşən evlərdən birində gecəsi 100 manata qaldıq. Bilirsiniz, evi olan o yolla pul qazanır. Burada nə var ki? Bakıda, Sumqayıtda evi kirayə vermək olar, Qarabağda yox?”
A.Abbas bu məsələnin hansı səbəbdən insanlarda narazılıq yaratdığını anlamadığını qeyd edib:
“Niyə belə olduğunu anlamıram, amma bildiyim odur ki, evi kirayə vermək adi haldır. Düşünün, Şuşaya gündə 7 min adam gedir. Qonaq evləri bahadır deyə, münasib qiymətə kirayə evlərdə qalırlar. Açığı, Laçında otel xoşumuza gəlmədi, biz də otelin yanında 4 otaqlı ev tapdıq. Özü də ev sahibi olan xanım şəhid ailəsi idi. Burada ayıb və ya günah olan nəsə görmürəm. İnsanlar pul qazanır”.
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir