İran Yaxın Şərqdə qeyri-sabit vəziyyətin hökm sürməsini istəmir, lakin Tehranda HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi cavabsız qalmayacaq.
BUTA.TV xəbər verir ki, bu sözləri Nyu-Yorkda səfərdə olan İran Prezidenti Məsud Pezekşkian dəyirmi masada jurnalistlərlə görüşündə deyib.
“Haniyənin qətli bütün beynəlxalq hüquq normalarına ziddir və şübhəsiz ki, cavabsız qalmayacaq. ABŞ və Qərb ölkələri sionist rejimi dəstəklədiyi vaxtda İran Dəməşqdə konsulluğuna hücuma reaksiya verdi.
İran sübut etdi ki, o, bu rejimin cinayətlərinə cavab verə bilər, lakin biz sabitliyi pozan amil olmaq və regionda təhlükəsizliyi pozmaq istəmirik”, - deyə prezident bildirib.
- Hava Yollarının bu proqamına müraciətlər 4 dəfə artdı
- Bağçalara elektron qəbul başladı
- Milli Məclisin iclası başladı
- Boşanmadan da aliment ala bilərsiniz...
- Bakıda ağır qəza: avtomobil iki hissəyə bölündü - Video
- Vəzifəli şəxsin işi məhkəmədə: Pul alıb əsgərlikdən saxlayırmış
- Bu nazirə yeni müavin təyin edildi - Sərəncam
- Səhiyyə nazirinə yeni müavin təyin olundu