İranın mərhum Ali Lideri Ayətullah Əli Xameneinin vida mərasimində ailə üzvləri də iştirak ediblər.
“BUTA.TV” İRİB-ə istinadən xəbər verir ki, mərasimdə Xameneinin oğulları Mustafa, Məsud və Meysəm də yer alıblar.
Bildirilib ki, Əli Xameneinin Büşra və Hoda adlı iki qızı olub. Büşra atası ilə birlikdə həlak olub.
“Əl-Ərəbiyyə” yazır ki, hazırkı Ali Lider Müctəba Xamenei mərasimə qatılmayıb.
Vurğulanıb ki, Xameneinin oğulları müharibənin başlanmasından sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıblar.
Qeyd edək ki, dünən başlayan vida mərasimləri təkcə İranda deyil, İraqın Nəcəf və Kərbəla şəhərlərində də keçiriləcək.
Sabiq rəhbərin cənazəsi iyulun 8-də İraqa aparılacaq. İyulun 9-da isə Ayətullah Seyid Əli Xamenei öz vəsiyyətinə uyğun olaraq Məşhəd şəhərində torpağa tapşırılacaq.
Xatırladaq ki, 86 yaşlı Əli Xamenei fevralın 28-də Tehrana aviazərbələr nəticəsində həlak olmuşdu.
- “Açıq qapı”dan bir əsrlik tarixə baxış!
- Şirkət iflas etdi, milyonlarla dollarlıq təyyarələr səhrada qaldı - Video
- Azərbaycanda qeyri-adi daş kürə tapıldı - Foto
- Xameneinin oğulları ilk dəfə görüntüləndi - Video
- Sabirabadda avtomobil piyadanı vurub öldürdü
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Ata və övladları dəfn olundu - Bir ailənin faciəsi
- Van Dammın heykəlini Vəndama qaytardılar - Fotolar