Yevlaxda içərisində hərbiçilərin olduğu minik avtomobili idarəetmədən çıxaraq məktəbin həyətinə düşüb.
BUTA.TV Unikal-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Xaldan qəsəbəsində, orta məktəbin qarşısında baş verib.
Önünə qəfil çıxan maşından yayınmaq istəyən "Opel" idarəetmədən çıxaraq məktəbin dəmir hasarına çırpılıb və təhsil ocağının həyətinə düşüb.
Xoşbəxtlikdən maşında olan hərbçilər xəsarət almayıblar. Amma təxminən 10 metrlik dəmir hasar və qəzaya uğrayan avtomobil ciddi zərər görüb.
Faktla bağlı araşdırma aparılır.
- Tiflisə qatarla getmək istəyənlərə şad xəbər
- Növbəti köç karvanı Xocavənd şəhərinə çatdı
- Zəngilanda növbəti əmək yarmarkası: 80-dən çox vakansiya...
- Pensiyalar nə vaxt veriləcək?
- Bu kartla nəqliyyat ödənişinin 10%-i geri qaytarılacaq
- Mərdəkanda 16 yaşlı oğlan dənizdə batdı
- Müəllimlərin geyimi ilə bağlı qanun qəbul edildi
- Hava Yollarının bu proqamına müraciətlər 4 dəfə artdı