Böyüklər də, uşaqlar da eyni gedişi ödəyirlər. Bu, düzgün bir mexanizm deyil. Heç bir güzəşt olmadıqda valideynlər övladlarını şəxsi avtomobillərlə aparmağa üsütünlük verirlər. Hələlik, qanunla müəyyən edilmiş standart belədir.
Bu sözləri BUTA.TV-a nəqliyyat üzrə ekspert Elməddin Muradlı nəqliyyat vasitələrindən istifadə zamanı azyaşlılarla böyüklərin gediş haqqının eyni olmasını şərh edərkən deyib.
Onun sözlərinə görə, ictimai nəqliyyatın inkişafı ilə bağlı proses başa çatan kimi bu məsələni gündəmə gətirmək lazımdır:
“Gələcəkdə tələbələrə, təqaüdçülərə və digər kateqoriyadan olan insanlara ictimai nəqliyyatda güzəştlər nəzərdə tutulub. Bununla bağlı müzakirələr gedir. İndi kart sisteminin tətbiqi bir az çətinliklər yaradır. Çünki bütün avtobuslar kart siteminə keçmədiyinə görə, “kimə güzəşt edilməlidir” sualının cavabını tapmaq çətindir. Hesab edirəm ki, Azərbaycanda kart sistemi tam tətbiq edildikdən sonra bu barədə düşünmək lazımdır. Çünki insanları ictimai nəqliyyata həvəsləndirmək, stimullaşdırmaq üçün müəyyən güzəştlər vacibdir. Bu güzəştlər nə qədər çox olarsa, ictimai nəqliyyata axın da o qədər çox olacaq”.
- Elçin Əmirbəyov Meksika Senatında - Foto
- Bakı-Tiflis sərnişin qatarının fəaliyyəti bərpa ediləcək
- Azərbaycan və Qazaxıstan hərbi təlim keçirəcək
- Baş prokurur vəzifəsinə namizəd Kamran Əliyevin - Dosyesi
- Hərbçilərimiz KURTARAN təlimlərində iştirak etdi
- Özbəkistan Azərbaycanla bağlı bu müqaviləni təsdiqlədi
- Azərbaycan və Küveyt arasında birgə bəyannamə imzalandı
- Ərdoğanla Netanyahunun Bakıda mümkün görüşü... - Zülfüqarov