Ukraynalılar və Ukrayna tərəfdarları Rusiyanın müharibənin sonunda işğal olunmuş ərazilər üzərində nəzarəti ən azı bir müddət saxlaması faktı ilə barışmalı olacaqlar.
BUTA.TV xəbər verir ki, bu fikri Çexiya Prezidenti Petr Pavel “Nyu York Tayms” qəzetinə müsahibəsində deyib.
NATO-nun keçmiş yüksək rütbəli generalı və Ukraynanın ən güclü tərəfdarlarından biri olan Pavel hesab edir ki, Ukrayna ərazilərinin itirilməsi reallıqdır.
Pavelin sözlərinə görə, müharibə yorğunluğu hər yerdə artır:
“Ukrayna ruslar tərəfindən işğal olunmuş ərazilərin geri qaytarılması perspektivləri ilə bağlı realist olmalıdır. Müharibənin ən çox ehtimal olunan nəticəsi Ukrayna ərazisinin bir hissəsinin müvəqqəti olaraq Rusiyanın işğalı altında olması olacaq. Bu müvəqqəti işğal da illərlə davam edə bilər”.
- Bakı-Tiflis sərnişin qatarının fəaliyyəti bərpa ediləcək
- Azərbaycan və Qazaxıstan hərbi təlim keçirəcək
- Baş prokurur vəzifəsinə namizəd Kamran Əliyevin - Dosyesi
- Hərbçilərimiz KURTARAN təlimlərində iştirak etdi
- Özbəkistan Azərbaycanla bağlı bu müqaviləni təsdiqlədi
- Azərbaycan və Küveyt arasında birgə bəyannamə imzalandı
- Ərdoğanla Netanyahunun Bakıda mümkün görüşü... - Zülfüqarov
- Pezeşkianın Bakı səfəri: Tarixi imkan yaranıb...