“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Abşeron dairəvi marşrutu üzrə sərnişindaşımada tətbiq olunacaq yeni tarifləri açıqlayıb.
ADY-dən BUTA.TV-a verilən məlumata görə, yeni tariflər bu ilin 25 sentyabr tarixindən qüvvəyə minir.
ADY-nin tətbiq etdiyi məsafə əsaslı tarif siyasətinə əsasən, sərnişinlər minimum 0,40 AZN ödəməklə mənzilbaşına çatacaq ki, bu da ölkədə ictimai nəqliyyat növləri arasında ən aşağı tarifdir. Ümumilikdə Abşeron dairəvi marşrutu üzrə gediş haqları məsafədən asılı olaraq 0,10–0,20 AZN arası artırılacaq.
Bütün bu yeniliklər beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilir və tətbiq olunan yeni qiymət siyasəti daha təhlükəsiz və keyfiyyətli xidmət təqdim etməyə yönəlib.
- Arxivdən Bakıya material ötürülüb? – İrəvan casus axtarır
- Deputatdan sevindirici açıqlama: Bu, maaşın artmasına səbəb olacaq
- Rusiyada azərbaycanlılara qarşı aşağılayıcı söz: “Oğlu…”
- Bayraqdar Azərbaycanda quruğu şirkətdən danışdı - Video
- Bakı-Təbriz reysi bərpa oluna bilər - Prezidentlər danışdı
- İlham Əliyev Pezeşkianla danışdı
- Xameneinin Trampa ağır cavabı: Sən kimsən ki…
- Hikmət Hacıyev bu ölkələrin nümayəndələri ilə görüşdü