Sentyabrın 25-i saat 9:00-a olan məlumata əsasən bəzi yerlərdə şimşək çaxıb, qısamüddətli leysan xarakterli yağış yağıb.
Bu barədə BUTA.TV-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, düşən yağıntının miqdarı Beyləqan, Qaxda (Sarıbaş) 7 mm, Ağdamda 6 mm, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Tovuz, Şəkidə (Kişçay) 3 mm, Balakən, Şəmkir, Zaqatala, İsmayıllı, Şahdağ, Tərtər, Mingəçevir, Yevlax, Göyçay, İmişli, Daşkəsəndə 2 mm-dək olub.
Qrız, Cəfərxan, Lerikdə duman müşahidə olunub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da 30, Aran rayonlarında 30, dağlıq rayonlarda 20 dərəcəyədək isti qeydə alınıb.
- SEPAH F-35-lərin olduğu bazanı vurdu
- 50 il sonra yenidən... - Video
- İrana məxsus 5 neft tankeri məhv edildi - Video
- Coşqun və Ucalın öldüyü mərkəz məşhur iş adamına məxsus imiş
- İsrail ordusunda xüsusi bölmə yaradılır
- Muzeydən 9 milyon avroluq rəsm əsərləri oğurlandı
- Husilər 4 şəhərə zərbə endirdi: 73 nəfər xəsarət aldı
- Traktorla toqquşan “KİA” alışdı - 5 nəfər yanaraq öldü+Yenilənib