Səbail paytaxtın mərkəz rayonu hesab olunur. Dövlət əhəmiyyətli qurumların, tarixi ərazilərin və Bakının atributlarının əksəriyyəti məhz bu rayonun ərazisindədir.
Bütün bu faktorlar ərazidə yerləşən daşınmaz əmlakların qiymətinə də ciddi təsir göstərir. Rayonun Badamdar qəsəbəsində, “İçərişəhər”, “Sahil” metrostansiyalarının ətrafında “milyonluq” villalar, həyət evləri və mənzillərin satışa çıxarılması adi hala çevrilib. Lakin son zamanlar Səbail rayonun Bayıl qəsəbəsi və “20-ci sahə” massivi kimi ərazilərində həyət evlərinin kütləvi və ucuz qiymətə satışı müşahidə olunur.
BUTA.TV elan saytlarında sözügedən ərazilərdəki əmlakların qiymətini və kütləvi satış səbəblərini araşdırıb. Müşahidələrimiz göstərdi ki, həqiqətən də Bayıl və “20-ci sahə” ərazilərində münasib qiymətə satışa çıxarılan həyət evləri kifayət qədər çoxdur. Məsələn, qarşımıza çıxan elanların birində sahəsi 140 metr olan, 4 otaqlı həyət evinin satış qiyməti 85 min manatdır. Digər bir elanda isə 3 sot ərazidə tikilmiş 3 otaqlı, 85 kvadrat evin dəyəri isə 70 min manat təşkil edir. Lakin qiymətlərin bu dərəcədə “sərfəli” olmasının maraqlı səbəbi var.
Öncə onu qeyd edək ki, hər iki ərazi relyef olaraq yamacdır və bəzi yerlərdə sürüşmələr müşahidə olunur. İkinci bir səbəb isə, əmlakların statusu ilə bağlıdır. Satışa çıxarılan evlərin əksər hissəsində çıxarış ümumiyyətlə yoxdur. Bəzilərində isə sadəcə əvəzedici sənədlər mövcuddur.
Azərbaycan “Roma statusu”na qoşularsa... - Putin Bakıda həbs olunacaq?
Sözügedən ərazidə fəaliyyət göstərən realtor isə, Bayıl və “20-ci sahə” massivinin Bakının baş planına əsasən, söküntüyə cəlb olunacağını bildirirb. Onların sözlərinə görə, sənədləri qaydasında olan və yeri münasib evlərin qiyməti heç də ucuz deyil. Realtorlar bildirir ki, maddi imkanı aşağı olan, işləmək üçün rayonlardan Bakıya üz tutan vətəndaşlar bu cür ucuz evləri almağa üstünlük verir. Daha dəqiq desək, Bakıətrafı qəsəbələrdən əmlak alıb saatlarla tıxacda qalmaqdansa, bu ərazidən mərkəzə 15 dəqiqəyə çatmaq daha sərfəlidi
- Azərbaycanda Türkiyə bazası? - Konstitusiya imkan vermir
- Prezident Şahbaz Şərifi Xankəndidə qarşıladı
- Kiyevə hücum: Azərbaycan restoranı darmadağın edildi - Foto
- Bu ölkələrin başçıları Xankəndidədir
- Rusiya Bakıya doğru “barışıq addımı” atdı - Kommersant
- Azərbaycan diasporunun fəaliyyəti yoxlanılsın - Mironov
- DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir?
- Prezident Ağdam səfəri ilə bağlı video paylaşdı