İtkin düşənlərin taleyinə aydınlıq gətirmək üçün ölkəmizin 63 bölgəsindən 11200-dən artıq bioloji nümunə götürülüb.
BUTA.TV xəbər verir ki, bunu Bakıda “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin “həqiqəti bilmək” hüququnun dəstəklənməsi mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin rəhbəri, general-mayor Rüfət Əliyev deyib.
“Hazırda 4000-ə yaxın soydaşımız itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan Vətən müharibəsi və antiterror tədbirlərindən sonra aparılan tikinti işləri və Dövlət Komissiyasının apardığı qazıntılar nəticəsində kütləvi məzarlıqlar aşkar edilib”, - general qeyd edib.
- Paşinyan Əliyevlə son görüşündən danışdı
- Putin Trampa başqa seçim qoymadı: 50 gündə nələr olacaq?
- Emin rus aparıcıları onlarla əvəzlədi
- Paşinyan: Bu, Bakı ilə müzakirə masasındadır
- İrəvan-Bakı-Moskva formatı işləmir, çünki inanmırıq
- Berdiməhəmmədovun qızı da Bakıdadır: Leyla Əliyeva ilə görüşdü
- Nikol Zəngəzuru gizli müzakirəyə çıxardı: 3 ölkəyə səfər...
- Tramp Putinə niyə 50 gün vaxt verdi? - Əsl hədəf budur