Novxanı-Pirşağı-M1 avtomobil yolunda yaranmış vəziyyət ciddi narahatlıq doğurur. Böyük ümidlərlə başlanan layihənin Xırdalandan keçən hissəsi hazırda tamamilə su altında qalıb. Hətta tikilməkdə olan körpü və yolun özü də suyun içindədir. Nəticədə tikinti işləri tam dayandırılıb.
BUTA.TV “Xəzər Xəbər”ə istinadla xəbər verir ki, Abşeronun Xırdalan şəhəri ərazisindən keçən Novxanı-Pirşağı-M1 avtomobil yolunda suyun səviyyəsinin 3 metrdən çox olduğu bildirilir.
Yol keçilməz vəziyyətə düşüb, texnikaların fəaliyyəti mümkün deyil. Problemin digər tərəfi isə yaxınlıqdakı yaşayış binalarının sakinlərinin üzləşdiyi ağır şəraitdir. Günlərlə ərazidə qalan çirkli su antisanitar vəziyyət yaradıb, ətrafa yayılan üfunət insanların sağlamlığı üçün ciddi təhlükəyə çevrilib. Yayın qızmar istisində bu vəziyyət daha da dözülməz hal alıb.
Avtomobil Yolları Dövlət Agnetliyindən bildirilib ki, qeyd olunan ərazidə yağış və çirkab sularının yığılması oradakı yağış və kanalizasiya sularının kənarlaşdırılması və idarə olunması sistemində mövcud problemlərlə bağlıdır. Hazırda ətraf ərazilərdən daxil olan yağış və çirkab suları layihə üzrə yolun keçəcəyi hissə də daxil olmaqla geniş bir sahədə toplanır ki, bu da tikinti işlərinin təhlükəsiz və texniki normalara uyğun aparılmasına maneə yaradır.
Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən isə qeyd edilib ki, intensiv yağışlar zamanı Xırdalan şəhəri subasmaya məruz qalmasın deyə Ceyranbatan su anbarının mühafizə zolağında yerləşən süni yaradılmış bufer gölə yağış suları yönəldilib. Hazırda suyun kənarlaşdırılması istiqamətində işlər aparılır və gələcəkdə intensiv yağışlar zamanı bu halın baş verməməsi üçün layihənin icrasına başlanılıb.
- ABŞ-da hakim Trampa qarşı çıxdı: Söz azadlığını pozur...
- Mirzoyan xarici səfirləri Türkiyə sərhədinə apardı
- Moskvaya gedən avtobus qəzaya uğradı: 5 ölü, 38 yaralı
- Nepalda ölənlərin sayı 734 nəfərə çatdı
- Biz hazır olmalıyıq, hücumun nə vaxt olacağını... - Karis
- 1649-cu gün: Rusiyanın itkiləri yeniləndi
- FHN-dən qeyri-sabit hava ilə bağlı əhaliyə - Müraciət
- Bunu biz təklif etməsək, Rusiya edəcək - Budanov