64 yaşlı kişi Həkəridə batdı

12:09 - 5 İyul 2026 - GÜNDƏM

 64 yaşlı kişi Həkəridə batdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən BUTA.TV-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş - 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehdi oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Əlavə məlumat veriləcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol