Van Dammın heykəlini Vəndama qaytardılar - Fotolar

15:00 - 5 İyul 2026 - GÜNDƏM

 Van Dammın heykəlini Vəndama qaytardılar - Fotolar

Dünyaşöhrətli amerikalı aktyor Jan Klod Van Dammın Qəbələ rayonunun Vəndam qəsəbəsindəki heykəli bərpa olunub.

BUTA.TV” xəbər verir ki, bu barədə jurnalist Şakir Eminbəyli paylaşım edib.

Qeyd edək ki, Vəndamda məşhur aktyor Jan Klod Van Dammın abidəsi bir neçə il bundan əvvəl ucaldılıb. Abidənin müəllifi məşhur heykəltaraş Azad Əliyevdir. “Hollivud” ulduzu heykəlinin qoyulmasına görə 2019-cu ildə özünün feysbuk səhifəsi vasitəsilə Azərbaycana təşəkkür edib.

Xatırladaq ki, aktyorun heykəli 2 il əvvəl yoldakı təmir işlərinə görə ərazidən götürülmüşdü.




Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol