Arzumun səhhəti pisləşdi

14:57 - 5 İyul 2026 - GÜNDƏM

 Arzumun səhhəti pisləşdi

Tiktokda daha çox "Arzum 9999" ləqəbi ilə tanınan İlduzə Hacıyevanın səhhəti pisləşib.

BUTA.TV "Unikal.az"a istinadla xəbər verir ki, bu barədə tiktokerin vəkili Hikmət Əliyev bildirib.

Vəkilin sözlərinə görə, ona müntəzəm olaraq həkim nəzarəti lazımdır. Vəkil onu da bildirib ki, birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti veriləcək.

Qeyd edək ki, Xəzər Rayon Məhkəməsinin hökmünə əsasən "Arzum" ləqəbli bloqer İlduzə Hacıyeva 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Dövlət ittihamçısı isə məhkəməyə tiktokerin 5 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Xatırladaq ki, hadisə 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəza nəticəsində qarşı tərəfdən bir nəfər ölüb, digəri isə ağır xəsarət alıb.

"Arzum" ləqəbli tiktokerə qarşı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ittiham irəli sürülüb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol