Şanlıurfada keçirilən “Narko-Kapan” əməliyyatı zamanı yaşanan hadisə sosial şəbəkələrdə böyük maraq doğurub.
“BUTA.TV” xəbər verir ki, əməliyyata havadan dəstək verən polis helikopterini evlərinin damından əlində Türkiyə bayrağı ilə salamlayan azyaşlı Abdullah Emre Altayın görüntüləri helikopterin kamerasına düşüb.
Balaca uşağın vətənpərvər davranışı polis əməkdaşları tərəfindən də diqqətdən kənarda qalmayıb. Polis rəisi Atilla Aksoy Abdullah Emreni qəbul edərək ona Türkiyə bayrağı, velosiped və oyuncaq avtomobil hədiyyə edib.
- 64 yaşlı kişi Həkəridə batdı
- “AzerGold” heyəti Şəhidlər xiyabanını ziyarət etdi
- Balacanın dama çıxıb etdiyi hərəkət gündəm oldu - Video
- Bu rayonlara yağış yağdı, ildırım çaxdı - Faktiki hava
- II və III qruplar üzrə qəbul imtahanı keçirilir
- Naxçıvan reysində gecikmələr var - AZAL
- Azərbaycanda zəlzələ oldu
- AZAL bu günə olan bəzi uçuşları təxirə sala bilər - Xəbərdarlıq