Ermənistan cəmiyyətində Azərbaycanın Qərbi Azərbaycanla bağlı fikirləri narahatlıq yaradır.
BUTA.TV xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Varşava Təhlükəsizlik Forumunda çıxışı zamanı deyib.
“Bu gün Azərbaycan tərəfi demək olar ki, bütün Ermənistan ərazisini əhatə edən Qərbi Azərbaycandan danışır. Onlar əmin edirlər ki, bu ərazi iddiaları deyil, amma təəssüf ki, təəssürat tamamilə bunun əksidir. Buna baxmayaraq, ümid edirəm ki, noyabrda Bakıda keçiriləcək COP29 iqlim sammiti sülh prosesini irəli apara bilər”, - o bildirib.
Qeyd edək ki, Azərbaycan XİN Mirzoyanın sözügedən forumda ölkəmizə qarşı həqiqətə uyğun olmayan fikirlər səsləndirdiyini açqlamışdı.
- ABŞ çox sayda bombardmançı təyyarə sifariş verdi
- Qəzaya uğrayan təyyarənin qara qutusu tapıldı
- Bu gün Azərbaycanda Konstitusiya Günüdür
- Qəzaya düşən təyyarə heyəti ilə bağlı acı xəbər
- Paraddan sonra təyyarənin qəzaya uğraması...
- Xilas edilənlərlə bağlı xəbəri gözləyirik - TDT
- Türkiyə MMN: Qəzanın səbəbi bundan sonra bilinəcək
- Qəzaya uğrayan Türkiyə təyyarəsinin özəllikləri nələrdir?