İsrail ordusu Livana quru əməliyyatı başlayandan bəri 8 əsgərini itirib.
BUTA.TV xəbər verir ki, bu barədə İsrail mediası rəsmi mənbəyə istinadla məlumat yayıb.
Bildirilib ki, bu gün Livanın cənubunda İsrail əsgərlərini pusquya salan Hizbullah döyüşçüləri tank əleyhinə raketlər və canlı qüvvə ilə hücum edib. Nəticədə 7 əsgər ölüb.
Bundan öncə isə İsrail ordusu 22 yaşlı kapitanın həlak olduğunu elan etmişdi.
Qeyd edək ki, İsrail ordusu 30 sentyabrda Livanın cənubunda quru əməliyyatına başlayıb. Hizbullah İsrailin ötən gün 58 əsgər itirdiyi haqda məlumat yayıb.
- İlk elektrikləşdirilmiş dəmir yolu xətti: 100 il ötdü - Video
- Müəllimi şantaj üçün açıq-saçıq fotolarını direktora göstərib...
- Ürək tutmasından öldü, qəzaya səbəb oldu
- Prezidentin yüksək vəzifə verdiyi gənc kimdir?
- Avtovağzalın yanında avtobus yandı - Video
- AZAL-ın cari il üçün əsas prioritetlərindən biri... - Məmmədov
- Sabah 37 dərəcə isti olacaq
- ABB-dən süni intellekt əsaslı Fərdi Maliyyə Meneceri!