Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kristiano Ronaldo dünyada 2024-cü ildə ən çox qazanan futbolçu olub.
BUTA.TV xəbər verir ki, ABŞ-ın “Forbes” maliyyə-iqtisadi jurnalının versiyasına görə Ronaldonun cari ildə qazancı 285 milyon dollar təşkil edir.
İkinci yerdə “İnter Mayami”nin hücumçusu Lionel Messi qərarlaşıb. Onun gəliri 135 milyon dollar olacaq. İlk üçlüyü “Əl-Hilal”dan (110 milyon dollar) Neymar tamamlayır. Dördüncü yerdə “Əl-İttihad”dan Kərim Benzema (104 milyon dollar), ilk beşliyi isə “Real Madrid”dən Kilian Mbappe (90 milyon dollar) tamamlayır.
- 15 “seyv” edib DÇ tarixinə düşdü
- Məktəbi 8 gün əvvəl bitirmişdi - Meyiti tapıldı
- Almaniya möhtəşəm geridönüşlə pley-off-da - Video-Yenilənib
- Azərbaycanda siqaret istehsalı kəskin artdı
- Qurban Qurbanov təsdiqlədi - Onlar gedə bilər
- İsveç fərqi azaltdı - Yenilənir
- Netanyahu Livanla bağlı əmr verdi
- Tələbə adını qazanmaqda rekord nəticə: Bu şəhər birincidir