“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti adı təcavüz qalmaqalında hallanan futbolçusu Kilian Mbappe haqda danışıb.
“BUTA.TV” xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.
“Mbappe özünü çox yaxşı hiss edir. O, vəziyyətini yaxşılaşdırmaq üçün fasilədən istifadə etdi. Bu gün qayıtmağı səbirsizliklə gözləyir və komanda üçün vacib olmaq istəyir. Bu 15 günlük fasilə (milli komandaların oyunları üçün) ona çox kömək etdi. Fərziyyələri müzakirə etmək fikrində deyiləm. Gördüyümüz işlərdən danışa bilərik ancaq. Həftə sonlarını harada keçirəcəklərinə futbolçular özləri qərar verirlər”, - Ançelotti deyib.
Qeyd edək ki, “kral klubu” La Liqanın 10-cu turu çərçivəsində oktyabrın 19-u “Selta” ilə qarşılaşacaq.
- 15 “seyv” edib DÇ tarixinə düşdü
- Məktəbi 8 gün əvvəl bitirmişdi - Meyiti tapıldı
- Almaniya möhtəşəm geridönüşlə pley-off-da - Video-Yenilənib
- Azərbaycanda siqaret istehsalı kəskin artdı
- Qurban Qurbanov təsdiqlədi - Onlar gedə bilər
- İsveç fərqi azaltdı - Yenilənir
- Netanyahu Livanla bağlı əmr verdi
- Tələbə adını qazanmaqda rekord nəticə: Bu şəhər birincidir