“Ferrari” komandasının almaniyalı sabiq pilotu Mixael Şumaxerin idarə etdiyi bolid hərraca çıxarılıb.
“BUTA.TV” “The Mirror” qəzetinə istinadən xəbər verir ki, 55 yaşlı pilot sözügedən avtomobili dünya çempionatının onun üçün son mövsümündə idarə edib.
Bildirilir ki, Şumaxer bu avtomobillə 2006-cı ildə yarışda iştirak edib və beş yarışda qalib gəlib.
Hərrac noyabrın 14-də Nyu-Yorkda keçiriləcək. Yarış avtomobilinin 15 milyon dollara satıla biləcəyi ehtimal edilir.
Qeyd edək ki, M.Şumaxer 1996-cı ildən 2006-cı ilə qədər “Ferrari” komandasında çıxış edib.
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
- İlham Əliyev Donald Trampla danışdı
- 8 avqust sülhün siyasi simvoludur
- “Tramp Ermənistan və Azərbaycan arasında sülhü təmin etdi” - Marko Rubio