“Ferrari” komandasının almaniyalı sabiq pilotu Mixael Şumaxerin idarə etdiyi bolid hərraca çıxarılıb.
“BUTA.TV” “The Mirror” qəzetinə istinadən xəbər verir ki, 55 yaşlı pilot sözügedən avtomobili dünya çempionatının onun üçün son mövsümündə idarə edib.
Bildirilir ki, Şumaxer bu avtomobillə 2006-cı ildə yarışda iştirak edib və beş yarışda qalib gəlib.
Hərrac noyabrın 14-də Nyu-Yorkda keçiriləcək. Yarış avtomobilinin 15 milyon dollara satıla biləcəyi ehtimal edilir.
Qeyd edək ki, M.Şumaxer 1996-cı ildən 2006-cı ilə qədər “Ferrari” komandasında çıxış edib.
- Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır
- Yeni ili Şamaxıda qarşılamaq Dohadan bahadır - Qiymət
- Cəmi 1 AZN-lə bu axşam “Nar”dan avtomobilə sahib ol!
- Göyçədəki yanğın Tavuşun sərhədinə çatdı
- Kamran Əliyev həmkarını Bakıya dəvət etdi
- Üç nəfərin öldüyü yanğınla bağlı klinikanın direktoru həbs olundu
- Azərbaycan və Türkiyə GİA-ya rəhbərlik edəcək - AB
- Şəhid ailələri üçün olan binadan Əli Həsənova ev verilib