Sabunçu rayonunda dostunu amansızlıqla öldürməkdə ittiham olunan 18 yaşlı Rəhim Əsədovun məhkəməsi başlayıb.
“BUTA.TV”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ilk iclas maraqlı epizodla yadda qalıb. Baxılan cinayət işində Rəhim həmyaşıdı Rəşid İmanovu çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirməyə görə mühakimə edilir. Ona əməlinə görə Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) və 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələri ilə ittiham verilib. Bu maddələrin sanksiya həddi də ömürlük məhkumluğa qədərdir.
Fotoda: Rəhim Əsədov
 
                       
                                               
                         
                 
                             
                                
 
Öldürülən gəncin hüquqi varisi atası Rüstəm İmanovdur. O, məhkəmədə gözlənilməz çıxış edib. Oğlunu öldürməkdə ittiham edilən şəxsdən şikayətçi olmadığını, hətta dərhal azadlığa buraxılmasını xahiş edib. Onun dedikləri məhkəmə salonunda oturan hər kəsi təəccübləndirib: “Mən istəyirəm onu azadlığa buraxasınız. Cavan uşaqdır. Nədir olub da… Olardı ki, mənim oğlum da onu öldürərdi. İstəmirəm o, mənim dustağım olsun”.
Hüquqi varisin bu sözləri Rəşidin nənəsini özündən çıxarıb: “Nə danışırsan sən, hara buraxsınlar? Mənim uşağımı yaman günə qoyana ömürlük cəza verilməlidir”.
Fotoda: Rüstəm İmanov
 
                       
                                               
                         
                 
                             
                              
                
                              
Novruz Kərimovun sədrlik etdiyi hakimlər və prokuror hüquqi varisin dediklərini başadüşülən hesab etməyib.
Cinayət işi araşdırılması üçün məhkəmə baxışına verilib.
Qeyd edək ki, bu hadisə 4 ay əvvəl baş verib. Təqsirəndirilən gəncə əvvəl 120-ci maddənin yüngül bəndi ilə cinayət işi başlansa da, istintaqın gedişində ona ağır maddələrlə yekun ittiham elan edilib.
Sail Ağasəlim


- Mehdiyevlər İmişli bazarını belə ələ keçirib - Şok detallar
 - Bu sözümdən sonra Petrosyan imza atmadı, Şuşa alındı... - Sadıqov
 - Qlobal LNG bazarı yenidən bölüşdürülür
 - Azərbaycana qarşı gizli laboratoriya necə “qurudu”...
 - Zəfər Andı: Qəhrəmanlıq, vətənpərvərlik, birlik gecəsi - Foto
 - Rəsmi Bakıdan UNESKO-nun bu qərarına reaksiya
 - Paşinyan hakimiyyətdə qalmalıdır, əks təqdirdə... - Oqtay
 - Həbs edilən icra başçıları şərik çıxdı