Ruslar səhvən öz helikopterlərini vurdu: ölənlər var
2026.10.02, 00:14
Rusiyanın Voronej vilayətində Mi-8 hərbi helikopteri qəzaya uğrayıb.
BUTA.TV xəbər verir ki, Rusiya mediasının məlumatına görə, helikopter Voronej şəhərindən təxminən 80 kilometr məsafədə yerləşən ərazidə tarlaya düşüb.
Göyərtədə olan üç nəfər qəza nəticəsində ölüb.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Qəza ilə bağlı rəsmi məlumat da yayılmayıb.
Rusiya Silahlı Qüvvələrinə məxsus Mi-8 helikopteri “dost atəşi” ilə vurulub.
Bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, dünən Voronej vilayətində Su-35 təyyarəsi PUA hücumunu dəf edərkən həmin vaxt havada olan Mi-8 helikopterinə atəş açıb.
Helikopterdə olan 3 heyət üzvü ölüb.
Tanınmış rəqqas arvadına uşağının yanında zorakılıq etdi - Video