Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV xəbər verir ki, hadisə rayonun Muradlı kəndində qeydə alınıb.
Tehran Səlimovun idarə etdiyi "KİA Optima" markalı avtomobillə əks yoldan gələn Firudun Həsənovun idarə etdiyi "JAC" markalı yük avtomobili ilə toqquşub. Toqquşmanın nəticəsindən hər iki avtomobil yolun kənarına aşıb.
Nəticədə Tehran Səlimov hadisə yerində ölüb.
Qeyd edək ki, hadisədə ölən Tehran Səlimov polis əməkdaşı olub. O, Kürdəmir rayon Polis Şöbəsində çalışıb.
- Hüseyn Dəryanın məzarından görüntülər yayıldı - Video
- Həmişə rekord qırırdı, indi əksi oldu - Video
- Messidən bərabərlik qolu - Canlı-Yenilənir
- DTX Akademiyasında növbəti məzun buraxılışı oldu - Video
- Özbəkistan Azərbaycanla birgə donanma yaratmağı planlaşdırır
- İlham Əliyevin G20 sammitinə dəvət olunması... - Deputat
- Daha 30 ukraynalı uşaq ölkəmizə gətirildi
- Bu "arıqlama" məhsullarında təhlükəli maddə aşkarlandı