“Binyamin Netanyahu Azərbaycanda yox, Ermənistanda həbs olunmalıdır”.
Bunu “Yeni Sabah”a Milli Məclis üzvü Elçin Mirzəbəyli bildirib. O, Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın həbsinə order verilməsi barədə xəbəri şərh edib.
Xatırladaq ki, hər iki şəxs insanlığa qarşı cinayətlər və müharibə cinayətlərində ittiham olunurlar.
E. Mirzəbəyli qeyd edib ki, Azərbaycan rəsmən “Roma statusu”na qoşulmayıb:
“Sənəd ratifikasiya edilməyib. Bu mahiyyət etibarı ilə daha öncə Rusiya prezidenti Vladimir Putinlə bağlı çıxarılmış həbs orderə bənzəyir. Məsələn, Ermənistan, bəlli olduğu kimi, “Roma statusu”na qoşulub. Odur ki, Binyamin Netanyahu Azərbaycanda yox, Ermənistanda həbs olunmalıdır. Hüquqi olaraq, məntiq bunu deməyə əsas verir. Amma indiki şəraitdə Beynəlxalq Cinayət Məhkəməsinin və bu müstəvidə yanaşmaları obyektivliyi əks etdirmədiyinə görə bu sənədə qol çəkmək heç bir əhəmiyyət kəsb etmir”.
Deputat bu məsələdə bir sıra ikili standartların tətbiq edildiyini də vurğulayıb:
“Azərbaycan ərazilərində həyata keçirilən etnik təmizləmələr və soyqırım cinayətləri ilə bağlı zamanında sözügedən təsisatlar qərar qəbul və müharibə cinayətkarlarını məsuliyyətə cəlb edə bilərdilər. Baxmayaraq ki, həmin zaman kəsiyində BMT-nin 4 qətnaməsi vardı. Bu qətnamələrdə birbaşa müharibə cinayətlərinə istinad olunmasa da, işğal faktı təsdiqlənmişdi. Bunun özü belə nəticə etibarı ilə müharibə cinayəti sayıldığı üçün müvafiq addımlar atılmalı idi. Amma bu zaman içərisində heç bir addım atılmayıb. Bu baxımdan, sözügedən sənədin ratifikasiya olunması hansı nəticələrə yol aça bilər, şübhəsiz ki, başqa bir müzakirə mövzusudur”.
- Rusiya və Azərbaycan Xəzərlə bağlı saziş imzalaya bilər
- Samirə Bayramova İrəvan limanında niyə qalıb? – Açıqlama
- Türkiyənin Rusiya və İranla “3-lü formatı” tarixə qovuşdu
- Azər Qasımlı barədə qərar verildi
- Gəncədəki partlayış səsləri ilə bağlı daha bir rəsmi açıqlama
- Statistika Şurasının yeni tərkibi təsdiqləndi
- ABŞ səfiri Gəncədə: onların xatirəsini yad etdi
- Seyfəli poliqonu ətrafındakı partlayışla bağlı müraciət