Tiflisdə çevriliş cəhdi: AB bütün gücünü işə salacaq

09:00 - 1 Dekabr 2024 - GÜNDƏM

 Tiflisdə çevriliş cəhdi: AB bütün gücünü işə salacaq

Gürcüstan hakimiyyətinin Avropa Birliyi ilə üzvlük danışıqlarını 2028-ci ilə qədər dayandırdığını elan etməsindən sonra başlanan etirazların dalğası böyüsə də, iqtidar dəyişikliyi ehtimalı hələ də güclü görünmür. Bunu həm etiraz aksiyasındakı mənzərə, həm də siyasi müstəvidəki vəziyyətlə əsaslandırmaq olar.

Etiraz aksiyalarında hakimiyyətin əlini gücləndirən iki amil var:

- Müxalif siyasi qüvvələr birləşsə də, həlledici rol oynayacaq lider probleminin olduğu görünür: meydana enən Prezident Zurabişvili Saakaşvili obrazında deyil;

- Gürcü Arzusunu aksiyaya qarşı bütün inzibati resurslardan istifadədən çəkindirəcək güc mərkəzi yoxdur: ABŞ-da hakimiyyətin ötürülməsi prosesi Gürcüstan hakimiyyətinə qarşı Qərbin təzyiqində Vaşinqtonun rolunu azaldıb.

Bu xəbər hal-hazırda çox oxunur
Laçının işğaldan azad edilməsindən 4 il ötür

Gürcüstan hakimiyyətinin avroiteqrasiyadan imtinanı indi elan etməsində Trampın gəlişinin də rolu var.

Birincisi, respublikaçıların hakimiyyəti dövründə ABŞ və AB-nin “vahid mövqe” sərgiləməyəcəyi gözləntisi var və bu, rəsmi Tiflisə Qərblə münasibətlərdə alternativlər yaradır, eləcə də təzyiq dalğasını parçalayır;

İkincisi, Trampın fəaliyyətə başlamasından sonra ABŞ və Rusiya arasında bazarlıqların aparılması, Yaxın Şərqlə Cənubi Qafqazın “barter” edilməsi ehtimalı mümkün ssenarilərdəndir (Suriyada hazırda baş verənlərə bu gözləntilər fonunda da baxmaq olar): Gürcü Arzusu bu mümkün ssenariyə hazırlaşır;

Hazırda Tiflisdə təkcə gürcü xalqının seçimi yox, həm də Avropa Birliyinin regiondakı mövcudluğu, ümumilikdə geosiyasi müstəvidə “güc mərkəzi” olmaq perspektivi də həll edilir. Bu baxımdan, Avropa Tiflisdə hakimiyyət çevrilişi üçün bütün resurslarını işə salacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol