Gənclər indi Tiktok platformasında qeyri-etik sözlər danışır, milli əxlaqa uyğun olmayan hərəkətlər edirsə, onların ailəsinin problemidir ki, belə bir uşaq böyüdüblər.
Bu sözləri BUTA.TV-a xalq şairi Sabir Rüstəmxanlı tiktokerlərin həbsi ilə bağlı danışarkən deyib.
Xalq şairi bildirib ki, nə qədər antidemokratik səslənsə də, Azərbaycanın milli ənənələrinə uyğun olmayan, gənclərimizi yoldan çıxaran və bizə xeyri olmayan sosial şəbəkə bağlanmalıdır:
"Dünyanın bir çox ölkəsində Tiktok platformasını qadağan ediblər. Həmin ölkələrdə heç nə dəyişmədi. Düşünürəm ki, sosial şəbəkələrin başqa qolları var. Orada aktiv olsunlar və ya paylaşım etsinlər".
Sabir Rüstəmxanlı tiktokerlərin həbsi ilə bağlı bildirib ki, həbs sonuncu imkandır:
"Həbsə qədər ictimai qınaq, ailələrlə iş var və ya onlara bu yola davam etdiyi halda rəsmi qaydada cəza gözləyəcəyi ilə bağlı bir neçə dəfə xəbərdarlıq etmək olar. Bir hadisə olan kimi həbsdən başqa yol olmadığını düşünmürəm. Ancaq bütün tədbirlərə rəğmən yenə də millətin əxlaqi dəyərlərinə zidd olan davranışlara davam edilirsə, heç nə edə bilmərik. Hər yanlış hərəkətin cəzası var, cəzasızlıq şəraiti daha böyük cinayətlərə yol açır".
Qeyd edək ki, ötən gün Tiktok sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil edərək, əxlaqsızlığı təbliğ edən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu