Demək olar ki, Qroznıya eniş etməyə hazırlaşırdıq. Şəhər açıq şəkildə görünürdü. Lakin eniş etməyə icazə vermədilər.
BUTA.TV xəbər verir ki, bu sözləri Globalinfo.az-a Aktau şəhərində qəzaya uğrayan təyyarədən sağ çıxan sərnişinlərdən biri deyib.
O, Aktauya hansı səbəbdən uçduqlarını bilmədiyini qeyd edib:
“Təyyarə yerə çırpılan kimi zərbənin təsirindən iki hissəyə bölündü. Biz - sağ qalanlar arxa hissədən çıxdıq. Həlak olanlar arasında tanınmaz halda olanlar da var. Quşla toqquşmasını və ya vurulmasını hiss etmədik. Çeçenistana ilk dəfə dostlarımın yanına gedirdim”.
Həmin şəxs stüardessa Hökümə Əliyeva ilə bağlı danışıb:
“Qəza nəticəsində həlak olan stüardessa Hökümə xanım sanki öləcəyini hiss etmişdi. Təyyarədə Zülfüqar adlı bəylə bir xanımı arxaya keçirib, özü önə getdi. Hər kəsə təsəlli verir, təmkinli olmağa çağırırdı. Son ana qədər hər şeyin yaxşı olacağını deyirdi. Hökümə xanım arxada dayanmadı, önə getdi. İrəli getməsə, o da sağ qala bilərdi”.
- Yarım ton yanacağı oğurlayıb öz maşınına tökdü, həbs edildi
- Jestdili.az-ın beynəlxalq inkişaf mərhələsinə start verildi
- Yazı səyahətlə qarşılayın: AZAL-dan bayram tətili üçün seçimlər
- Lamiyəni bıçaqlayan keçmiş ərinə ağır cəza...
- Bütün bölgələrdə dayanacaqlar yenilənir - Milyonlar xərclənəcək
- "OBA" FMCG sektorunda ilkə imza atdı: Qaliblər bəlli oldu
- “Araz” “Xərçənglə Mübarizə Həftəsi” keçirib
- Məşhur polkovnik işdən çıxarıldı, yerinə o gətirildi