Qazaxıstan məhkəməsi Aktau şəhərində AZAL təyyarəsinin qəza yerində foto və video çəkiliş aparan bloger Azamat Sarsenbayevə on sutka inzibati həbs cəzası verib.
BUTA.TV xəbər verir ki, bu barədə blogerin vəkili Aybek Süyündükov məlumat verib.
Vəkilin məlumatına görə, Sarsenbayevə həbs cəzası “hakimiyyət nümayəndəsinin qanuni tələbinə tabe olmama” (Qazaxıstanın İnzibati Xətalar Məcəlləsinin 667-ci maddəsinin 1-ci hissəsi) əsasında təyin edilib.
Polis isə blogerin ictimai asayişi pozduğuna görə saxlanıldığını bildirib. Rəsmi açıqlamada qeyd olunub ki, o, qəza yerində dron uçuraraq xilasetmə xidmətlərinin və istintaq tədbirlərinin işinə maneə törədib, həmçinin polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb.
Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub, enişə icazə verilmədiyindən Aktau limanına istiqamət alıb. Zədələnmiş təyyarə Aktau limanı yaxınlığından qəzaya uğrayıb.
Sarsenbayev 25 dekabrda saxlanılıb. Bloger özü bu haqda məlumat verərək, çəkilişlərinin dünyanın ən iri KİV-lərində yayımlandığını vurğulayıb.
- İlham Əliyevlə Paşinyan sabah görüşəcək
- Putin yalan danışır, əslində isə... - Tramp
- İlham Əliyev Trampa başsağlığı verdi
- Azərbaycandakı rus icması Bakını seçdi - Primakovdan etiraf
- Azərbaycan sərhədində müharibə təhlükəsi: Bu gün...
- Azərbaycanla barışdıqdan sonra pul sel kimi axacaq - Sukiasyan
- Xankəndidə ABŞ-ın bu mesajını İrana çatdırdıq
- Tramp və Netanyahu Xameneinin öldürülməsi qərarını müzakirə edir