Astroloqun Azərbaycanda hadisə olacağını proqnozlaşdırması təsadüfi deyildi. Göy hadisələrinin mənfi olayların baş verməsinə çox meyilli bir dönəmdəyik və bu, təkcə, təyyarə qəzaları yox, maşın qəzaları, yanğınlar dönəmidir. Çünki hazırda “Mars retrosu” adlandırılan bir göy hadisəsi yaşanır.
BUTA.TV xəbər verir ki, bu sözləri Axar TV-yə astroloq Rəşad Hacıyev türkiyəli astroloq Aşnən Tokun yenidən gündəmə gələn paylaşımına münasibət bildirərkən deyib.
Astroloq 1.5, 2 ildə bir yaşanan “Mars retrosu”nun açılış formasına əsasən hadisələri öncədən təxmin etməyin mümkün olduğunu bildirib:
“Hər ölkənin şəxsi doğum xəritəsi olur. Doğum xəritəsinə uyğun olaraq “Mars retrosu”nun haradan necə keçdiyi, hansı bucaqlar aldığı həmin ölkənin daxili mövzularında bu göy hadisəsinin daha aktual olacağını görə bilirik”.
Astroloq bu qəza ilə Azərbaycanın “karmik bədəl” ödəyib-ödəməməsi məsələsinə də toxunub:
“Azərbaycanda kollektiv şüurda yığılan neqativlər bu tərz hadisə ilə partladı. Hansısa bir planetin retro eləməsi bu günə qədər yığılan enerjinin bir anda ortaya çıxmasıdır. Yəni əslində ölkədəki hansısa neqativ hadisələr enerjilər, yığılan mövzular, qalan mənfi enerjilər gəlib belə bir hadisə ilə yox olur”.
O, həmçinin təhlükəli dönəmin nə vaxta qədər davam edəcəyini də açıqlayıb.
Daha ətraflı Axar TV-nin videosunda:
- Rusiya Zəngəzur dəhlizinə etiraz etdi
- Hikmət Hacıyev Dohada Qətərin dövlət naziri ilə görüşdü
- 30 ildir sədrdir, məhkəməsinə 30 adam gəlmədi...
- Dubay şeyxinin keçmiş həyat yoldaşı olan tanınmış gimnastın durumu - Bu detal müdaxiləyə imkan vermir
- Azərbaycanın diqtəsi, yoxsa hərbi islahat? - Ermənistanda hərbi xidmət müddəti azaldılır
- Melkonyanın adını daşıyan bir qurum necə təşviq oluna bilər?
- ABŞ milli strategiyasını elan etdi - Avropa üçün şok
- ABŞ-ın planında Ukrayna üçün böyük təhlükə