Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin pilotları hava gəmisini təhlükəsiz endirmək üçün mümkün olan sona qədər mübarizə aparıblar.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, bu fikir Fransanın "La Voix du Nord" portalındakı xəbərdə yer alır. Xəbərin müəllifləri azərbaycanlı pilotların yüksək peşəkarlıq nümayiş etdirdiklərini bildirirlər.
Məqalədə qeyd olunur ki, AZAL-ın 8432 saylı reysinin uçuş heyəti həqiqi möcüzə göstərərək hava gəmisindəki sərnişinlərin yarısının həyatını xilas edə biliblər. Hidravlik və naviqasiya sistemlərinin sıradan çıxmasına rəğmən, onlar 2 saat ərzində Xəzər dənizindən keçərək təyyarəni Aktauya çatdıra biliblər. Qəzada həyatlarını itirən gəmi komandiri İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökumə Əliyevanın fədakarlıqları sayəsində faciənin miqyasını kiçiltmək mümkün olub.
Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
Rusiya indiyə qədər Azərbaycandan üzr istəməyib və təyyarənin enişinə icazə verməyən şəxsləri məsuliyyətə cəlb etməyib.
- Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?
- Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi
- Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
- Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib
- Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!
- Vardanyan barədə sənədli film hazırlandı - Video
- Erməni lobbisi indi yeni tezis irəli sürür - Yalçın