ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayn Azərbaycan Hava Yollarına məxsus təyyarənin Aktauda qəzaya uğraması ilə bağlı Azərbaycanın ABŞ-dakı səfirliyini ziyarət edərək başsağlığı verib.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.
Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
Hadisə ilə bağlı Rusiya lideri Vladimir Putin Prezident İlham Əliyevə zəng edərək üzr istəyib.
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür