Qanunvericilikdə edilən dəyişikliklərə görə, adına ev, torpaq sahəsi olan məcburi köçkünlərin çörəkpulu kəsilir. Son vaxtlar sosial şəbəkələrdə yayılan iddialara görə, həmin şəxslərə Qarabağda və Şərqi Zəngəzurda ev də verilməyəcək.
BUTA.TV xəbər verir ki, mövzu ilə əlaqədar “Yeni Sabah”a danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, müavinətlərlə bağlı tətbiq olunan qaydanın ev təminatı ilə heç bir əlaqəsi yoxdur:
“Məcburi köçkünlərə verilən aylıq müavinətlərlə bağlı qaydalar 2017-ci ildə dəyişdirilib. Yəni əslində, bu, yenilik deyil. Həmin qaydalara əsasən, mənzil sahibi olan, eyni zamanda, dövlət müəssisələrində çalışan və eləcə də ölkəni müəyyən müddət tərk edən məcburi köçkünlərin müavinətlərinin verilməsi dayandırılmışdı.
Bu qaydalar artıq xeyli müddətdir ki, qüvvədədir. Ona görə də bu qaydalarla məcburi köçkünlərin məskunlaşması və onların öz yurdlarında mənzil təminatı ilə hər hansı bir əlaqəsi yoxdur”.
Deputatın sözlərinə görə, mərhələli köç prosesində heç bir çətinlik, yaxud problem gözlənilmir:
“Təbii ki, ilkin yanaşma ondan ibarətdir ki, ilk növbədə, mənzil şəraiti ağır olan, yataqxana və inzibati binalarda məskunlaşan vətəndaşlarımızın köçürülməsi həyata keçirilir. Amma nəzərə almaq lazımdır ki, Qarabağ və Şərqi Zəngəzurdan məcburi köçkün olan vətəndaşlarımız mərhələli şəkildə öz ata-baba yurdlarına qayıdacaqlar və bununla bağlı həmin vətəndaşlarla mütəmadi əlaqələr saxlanılır. Məskunlaşma ilə bağlı hər hansı problem, yaxud çətinliyin olacağı gözlənilmir”.
- Silahlar Xankəndidən və Ermənistandan gətirilirdi - Babayan
- Qadınları yalandan hamilə olduqlarına inandıran "İlin həkimi": Çox sayda körpəni "öldürüb"
- “Gəlib dedi ki, Nəcməddin Sadıkov göndərən adamam” - Fazil Məmmədovdan xahiş edibmiş
- Bakı və İrəvan sülh sazişini bu ölkədə imzalasın!
- Rusiya qayıdır, Nikol tələsməlidir: Sülh üçün son addım…
- Rəsmi İrəvan Bayramovun bu açıqlamasını təsdiqlədi
- Nikol: Azərbaycan üzərindən Rusiyaya çıxmaq istəyirik
- Putin hərbi forma geyindi: media isə işi “korladı” - VİDEO