Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığında təyyarə qəzası nəticəsində həlak olanlarla bağlı başsağlığı verib və faciəyə görə ölkəsinin məsuliyyətini etiraf edib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bu barədə Rusiya bürosuna Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov bildirib.
Onun sözlərinə görə, Rusiya və Azərbaycan liderlərinin telefon danışığından sonra təyyarə qəzasının səbəblərinin ətraflı şəkildə araşdırılacağına şübhə yoxdur.
"Qaydalara əsasən, ilkin hesabatın hazırlanması üçün 30 gün, tam hesabat üçün isə 12 aya qədər vaxt ayrılır. Lakin AZAL aviaşirkətinə təyyarənin itirilməsinə görə, həmçinin həlak olmuş sərnişinlərin və pilotların ailələrinə kompensasiyanın ödənilməsi ilə bağlı qərar yaxın vaxtlarda qəbul ediləcək. Artıq dediyim kimi, Rusiya hökuməti faktlardan yayınmaq və ya onları gizlətmək niyyətində deyil. Əgər araşdırma Rusiya hökumətinin günahını təsdiqləsə, o, öz məsuliyyətini qəbul edəcək", - Markov qeyd edib.
Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
- Qafqazda nə baş verir? - Rus mediası isterikaya düşdü
- Əliyevlə Paşinyan bununla bağlı göstəriş verdilər - Ermənistan XİN
- İrəvan Zəngəzur dəhlizi ilə bağlı buna razıdır - Təcili
- Xüsusi təyinatlılar azərbaycanlılara görə polis şöbələrinə hücum etdi
- XİN Əbu-Dabi görüşü ilə bağlı məlumat yaydı
- Əliyevlə Paşinyanın görüşündə iştirak edən ən maraqlı sima...
- Əbu-Dabi görüşü: Razılıq əldə olundu
- Əbu-Dabi görüşü: Rusiyadakı qrup hərəkətə keçdi