Aktauda baş verən təyyarə qəzası ilə bağlı Azərbaycan və Rusiya liderləri siyasi müdriklik nümayiş etdirdilər.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru, rusiyalı politoloq İqor Korotçenko deyib.
"Telefon danışığının yekunu üzrə prezidentlər araşdırmanın aparılmasında birgə zəruri köməkliyin göstərilməsi barədə razılığa gəliblər və düşünürəm ki, Rusiya hava məkanında Azərbaycan təyyarəsi ilə baş vermiş faciəli hadisənin Moskva və Bakı arasında dövlətlərarası və tərəfdaşlıq münasibətlərinə təsir etməməsi üçün hər şeyi edərək siyasi müdriklik nümayiş etdiriblər", - o qeyd edib.
İ.Korotçenko vurğulayıb ki, Əliyev və Putinin birbaşa əlaqə kanalı və ən mürəkkəb məsələlərlə bağlı tez və operativ şəkildə qərarlar qəbul etmək imkanı var:
"Hesab edirik ki, baş vermiş faciənin bütün səbəblərini müəyyən etməyə və müvafiq olaraq zəruri hüquqi nəticələr çıxarmağa imkan verəcək iş aparılacaq".
Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
- Əbu-Dabidəki görüşün 5 saat çəkməsi o deməkdir ki... - Politoloq
- Rusiyanın kamikadze dronu səfirliyimizin yaxınlığına düşdü - Foto
- Qafqazda nə baş verir? - Rus mediası isterikaya düşdü
- Əliyevlə Paşinyan bununla bağlı göstəriş verdilər - Ermənistan XİN
- İrəvan Zəngəzur dəhlizi ilə bağlı buna razıdır - Təcili
- Xüsusi təyinatlılar azərbaycanlılara görə polis şöbələrinə hücum etdi
- XİN Əbu-Dabi görüşü ilə bağlı məlumat yaydı
- Əliyevlə Paşinyanın görüşündə iştirak edən ən maraqlı sima...